ABŞ səfiri: Bölgədə idarəetməni xalqlar özü müəyyən etməlidir
ABŞ-nin Türkiyədəki səfiri Tom Barrak İsrailin siyasəti və bölgədəki idarəetmə məsələləri ilə bağlı açıqlamalar verib.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir ki, səfir bildirib ki, İsrail iki milyard müsəlmanla qarşıdurmasını və dünyada yayılan antisemitizm dalğasını davam etdirə bilməz, çünki heç kim əslində nə baş verdiyini tam anlamır. O əlavə edib ki, Böyük İsrail vizyonu yalnız biznes və rifah yolu ilə reallaşa bilər, coğrafi genişlənmə ilə yox.
Barrak həmçinin bölgədə mərkəzsizləşdirmənin heç vaxt uğurla işləmədiyini vurğulayıb və Balkanlara misal gətirərək qeyd edib ki, ərazilərin yeddi dövlətə bölünməsi vəziyyəti yalnız pisləşdirib. Onun sözlərinə görə, bölgədə hansı idarəetmə formasının olacağına dair dəqiq cavab yoxdur və bu qərarı xalqlar, qəbilələr və mədəniyyətlər özü müəyyən etməlidir.
14:34 09.12.2025
Oxunuş sayı: 1120