ABŞ Türkiyəyə 8 milyon dollardan çox dəyəri olan 41 sənət əsərini qaytardı
ABŞ hökuməti Türkiyədən qanunsuz yollarla çıxarılmış 41 ədəd sənət əsərini ölkəyə geri qaytarıb.
Crossmedia.az xəbər verir ki , bu barədə xarici KİV məlumat yayıb.
Məlumata görə, qaytarılan əsərlərin ümumi dəyəri 8 milyon dollardan çoxdur.
Rəsmi qurumlar bildirir ki, həmin artefaktlar illər əvvəl Türkiyədən çıxarılaraq müxtəlif ölkələrə daşınıb və sonradan ABŞ-də aşkarlanıb. Hazırda bütün əsərlər Türkiyə dövlətinə təhvil verilib.
Fatimə Məmmədova
14:03 09.12.2025
Oxunuş sayı: 1136