ABŞ Polşadakı qoşunlarını çıxarmaq planları olmadığını təsdiqləyib
ABŞ Polşaya öz hərbi kontingentini ölkədən çıxarmaq niyyətində olmadığını bildirib.
Crossmedia.az bu barədə xarici KİV-ə istinadən xəbər verir.
Məlumata görə, Polşa xarici işlər nazirinin müavini Marçin Boşaçki bildirib ki, müvafiq sənəd həm hökumətə, həm də prezidentin ofisinə təqdim olunub.
Hazırda Polşada təxminən 10 min ABŞ hərbçisi xidmət göstərir və ölkə daha böyük kontingentin yerləşdirilməsinə hazır olduğunu açıqlayıb.
Boşaçki əlavə edib ki, Avropa və ABŞ liderləri arasında fikir ayrılıqları Avropanın təhlükəsizliyinə təsir etməməlidir.
Nəzrin Abbas
11:06 09.12.2025
Oxunuş sayı: 1187