Polşa Ukraynadan təxribatçılar barədə məlumat istəyir
Ukrayna təxribat törətməkdə təqsirli bilinən şəxslər haqqında məlumatları operativ şəkildə Varşava ilə paylaşmalıdır.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə Polşanın daxili işlər naziri Marçin Kervinski bildirib.
Bu məlumatlar beynəlxalq bazalara daxil edilərək sərhədlərin qorunmasına kömək etməlidir.
Bəyanat üç ukraynalının Polşada casus cihazları və haker avadanlığı ilə həbs edilməsindən sonra verilib. Polşa əvvəllər İnterpola müraciət edərək dəmiryol relslərini partlatmaqda ittiham olunan ukraynalılar üçün axtarış elan etməyi tələb etmişdi.
Nəzrin Abbas
17:01 08.12.2025
Oxunuş sayı: 884