Sülh sazişindən sonra Tayland Kamboca mövqelərinə atəş açıb
Tayland Hərbi Hava Qüvvələrinin F-16 Fighting Falcon qırıcıları sərhəddə Kamboca ordusunun mövqelərinə qarşı təlim atışları həyata keçirib.
Crossmedia.az xəbər verir ki, bu barədə Kamboca Müdafiə Nazirliyi məlumat yayıb.
Ötən gün Tayland qoşunları ölkənin hərbçilərinə atəş açıblar. Tayland tərəfi bunu “təlim atışı” adlandırıb.
Qeyd edilir ki, oktyabr ayında tərəflər arasında sülh sazişi imzalanmışdı. Təlim atışının sülh müqaviləsinə təsiri və ya hər hansı insidentin olub-olmaması barədə məlumat verilməyib.
16:12 08.12.2025
Oxunuş sayı: 924