ABŞ Polşaya 250 “Stryker” zirehli transportyorunu 1 dollara satır
ABŞ Polşaya 250 ədəd “Stryker” zirehli transportyorunu cəmi 1 (bir) dollara satmaq niyyətindədir.
Crossmedia.az bu barədə “BreakingDefense”-ə istinadən xəbər verir ki, bu qərarın səbəbi onların ABŞ-a geri gətirilməsinin çox baha başa gəlməsidir. ABŞ ordusunun Avropadakı şəxsi heyətinin sayının azaldılması çərçivəsində belə simvolik satış Polşaya maliyyə yükü yaratmadan hərbi texnikanın istifadəsini təmin etmək məqsədi daşıyır.
Qeyd edilir ki, ABŞ üçün bu addım həm xərclərin azaldılmasına, həm də Polşanın müdafiə imkanlarının gücləndirilməsinə xidmət edir.
15:48 08.12.2025
Oxunuş sayı: 801