Argentinanın ilk F-16 qırıcıları transatlantik uçuşu tamamlayıb
Argentina Hərbi Hava Qüvvələrinin ilk altı F-16AM/BM MLU (Mid-Life Upgrade) qırıcısının transatlantik uçuşu başa çatıb.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir ki, uçuş zamanı təyyarələr Danimarkadan yola çıxaraq İspaniya, Kanar adaları və Braziliyada ara dayanacaqlar edib.
Argentinaya çatdıqdan sonra qırıclar Buenos-Ayres üzərində nümayiş uçuşu həyata keçiriblər.
15:43 08.12.2025
Oxunuş sayı: 997