HƏMAS İsrailə 5–10 illik atəşkəs təklif edə bilər
HƏMAS-ın Siyasi Bürosunun üzvü Basem Naim bildirib ki, hərəkat ABŞ prezidenti Donald Trampın Qəzza üçün sülh planının davamı olaraq İsrailə 5, 7 və ya 10 illik atəşkəs təklif etməyə hazırdır.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər.
Naim deyib ki, HƏMAS gərginliyin artmaması üçün hərtərəfli danışıqlara açıqdır və silahların dayandırılması məsələsinə baxa bilər.
Əl-Ərəbiyyə məlumat verir ki, vasitəçilərlə HƏMAS-ın tərksilahı, o cümlədən ağır silahların təhvil verilməsi müzakirə olunur. Hərəkatın ABŞ-a Qəzza üzərində nəzarəti təhvil verməyə hazır olduğu da iddia edilir.
Axios-a görə, Tramp yaxın günlərdə planın ikinci mərhələsini — İsrail qoşunlarının çıxarılması və beynəlxalq qüvvələrin yerləşdirilməsini — elan etməyi planlaşdırır.
Münaqişə 7 oktyabr 2023-cü ildə HƏMAS-ın İsrailə hücumu ilə yenidən alovlanmışdı. 10 oktyabrdan qüvvədə olan atəşkəs çərçivəsində tərəflər girov və cəsədlərin mübadiləsini davam etdirirlər.
Nəzrin Abbas
15:33 08.12.2025
Oxunuş sayı: 969