Güclü zəlzələ olub
Antaliyanın Serik rayonunda saat 13:21-də 4,9 bal gücündə zəlzələ baş verib.
Crossmedia.az xəbər verir ki, bu barədə Fəlakət və Təcili Yardım İdarəetməsi (AFAD) məlumat yayıb.
AFAD-ın açıqlamasına görə, yeraltı təkanların ocağı 28,25 km dərinlikdə yerləşib və zəlzələ ətraf əyalətlərdə də hiss olunub.
Nəzrin Abbas
14:47 08.12.2025
Oxunuş sayı: 1111