Zelenski Londonda Avropa liderləri ilə görüşəcək
Ukrayna Prezidenti Vlodimir Zelenski Londonda Böyük Britaniyanın Baş naziri Keyr Starmer, Fransanın Prezidenti Emmanuel Makron və Almaniyanın Kansleri Fridrix Merts ilə Ukrayna müharibəsi üzrə danışıqlar aparacaq.
Crossmedia.az bu barədə xarici KİV-ə istinadən xəbər verir.
Məlumata görə, görüş ABŞ və Ukrayna nümayəndələrinin Floridada üç günlük müzakirələrindən sonra baş tutur. Zelenski daha sonra Brüsselə və Romaya səfər edəcək.
Nəzrin Abbas
13:58 08.12.2025
Oxunuş sayı: 992