Yasamalda ətraf mühitin qorunmasına yönəlmiş aksiya keçirilib
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ölkəmizdə 2025-cü ilin “Konstitusiya və Suverenlik ili” elan edilməsi Sərəncamı ilə əlaqədar Yasamal rayonunda ekoloji aksiya baş tutub.
Crossmedia.az xəbər verir ki, aksiyada Yasamal Rayon İcra Hakimiyyətinin aparat əməkdaşları, “PMD Group” MMC-nin nümayəndələri, Yasamal Bələdiyyəsinin və rayon MKTB-nin rəhbər heyəti, həmçinin gənc fəallar və könüllülər iştirak ediblər. Aksiya çərçivəsində ərazidə minlərlə ağac əkilib. Əkilən ağaclar suvarılıb, onlara aqrotexniki qulluq göstərilib.
Aksiyanın keçirilməsində məqsəd ağac əkməklə ekoloji tarazlığın bərpasına, ətraf mühitin qorunmasına kömək etmək, atmosferi oksigenlə zənginləşdirmək, ictimaiyyətin diqqətini yaşıllıqların qorunmasına yönəltməkdir. Ərazidə əkilən ağaclara daimi qulluq göstərilməsi üçün suvarılma məsələləri həll olunub. Həmçinin il boyu bu ağaclara qulluq məsələləri yerli icra qurumları tərəfindən nəzarətə alınıb.
13:17 08.12.2025
Oxunuş sayı: 907