Ukrayna prezidenti Vlodimir Zelenskinin sülh prosesi ilə bağlı vaxt itirməsi ABŞ-ı narahat edir.
Crossmedia.az xəbər verir ki, bu barədə Ali Radanın deputatı Aleksiy Qonçarenko öz Telegram kanalında bildirib.
Məlumata görə, Zelenskinin davranışı əsas müttəfiq olan Vaşinqtonu qıcıqlandırır və Ukraynanın ABŞ-dan asılılığını göstərir.
Deputat qeyd edib: "Zelenskinin niyə [ABŞ-ın sülh planını] oxumadığını başa düşürəm. Bu, sadəcə zamana dayanmaqdır. Yeganə sual budur: hansı məqsədlə?"
Dekabrın 2-də Zelenski açıqlayıb ki, Kiyev və Vaşinqton 20 bəndlik sülh planı hazırlayıblar və ilkin 28 bəndlik siyahı Cenevrədəki danışıqlardan sonra qısaldılıb və dəqiqləşdirilib.
Xatırladaq ki, ABŞ-ın keçmiş prezidenti Donald Tramp da Zelenskinin planı oxumamasından məyus olduğunu bildirmişdi.
Nəzrin Ababs