Sankt-Peterburq hava limanı fəaliyyətini bərpa edib
Sankt-Peterburqun Pulkovo hava limanında dekabrın 8-də tətbiq edilən uçuş məhdudiyyətləri aradan qaldırılıb və hava limanı hazırda normal rejimdə işləyir, Rosaviatsiya sözçüsü Artem Korenyako bildirib.
Crossmedia.az bu barədə xarici KİV-ə istinadən xəbər verir.
Məlumata görə, Leninqrad vilayətinin qubernatoru Aleksandr Drozdenko açıqlayıb ki, bölgədə Rusiya hava hücumundan müdafiə sistemləri bir neçə pilotsuz uçuş aparatını məhv edib; hadisə nəticəsində tələfat və dağıntı olmayıb.
Rusiya Müdafiə Nazirliyi dekabrın 8-nə keçən gecə Ukrayna Silahlı Qüvvələrinə məxsus 67 pilotsuz uçan aparatın vurulduğunu və bunlardan ikisinin Leninqrad vilayətində olduğunu açıqlayıb.
10:44 08.12.2025
Oxunuş sayı: 1021