Maqnit qasırğası gözlənilir – Tarix bəlli oldu
İkiqat Günəş partlayışı və plazma atışından sonra 9 və 10 dekabr tarixlərində G2-G3 səviyyəli maqnit qasırğalarının olacağı proqnozlaşdırılır.
Crossmedia.az xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutunun Günəş Astronomiyası Laboratoriyasının "Telegram" kanalında məlumat verilib.
Maqnit qasırğalarının təsirinin 9 dekabr günortadan sonra pik həddə çatacağı gözlənilir.
İlkin hesablamalara görə, geomaqnit anomaliyaları 11 dekabr cümə axşamına qədər davam edəcək.
09:51 08.12.2025
Oxunuş sayı: 1002