“Əl-Ərəbiyyə” Əsədin gizli videolarını yayıb
“Əl-Ərəbiyyə” telekanalı Suriya keçmiş prezidenti Bəşər Əsədin sabiq media müşaviri Luna əş-Şəbəllə çəkilmiş gizli videolarını yayımlayıb.
Crossmedia.az bu barədə xarici KİV-ə istinadən xəbər verir.
Məlumata görə, kadrlar Əsədin şəxsi söhbətlərində sərt ifadələr, istehza və təhqir dolu dialoqları üzə çıxarır.
Videolarda Əsədin Quta etirazçılarını təhqir etməsi, səfər zamanı əlini öpən əsgərləri lağa qoyması, Suriya polisi və daxili işlər naziri barədə istehzalı danışması görünür.
Görüntülərdən birində Əsəd Suriya vəziyyəti haqqında “Təkcə utanc deyil, ikrah da hiss edirəm” deyir və soyadı ilə bağlı zarafat edir.
Nəzrin Abbas
20:40 07.12.2025
Oxunuş sayı: 1341