ABŞ Yaxın Şərqdə “Scorpion Strike” adlı yeni əməliyyat qrupu yaradıb
ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) Yaxın Şərqdə “Scorpion Strike” adlı yeni xüsusi əməliyyatlar qrupunun formalaşdırıldığını elan edib. Qrupun silahlanmasına SpectreWorks şirkətinin istehsalı olan LUCAS tipli kamikadze dronları verilib. Bu dronlar konstruktiv olaraq İran istehsalı “Shahed-136”/“Geran-2” modellərinə bənzədiyi qeyd olunur.
Crossmedia.az xarici KİV-ə istinadən xəbər verir.
Yeni əməliyyat qrupu Mərkəzi Xüsusi Əməliyyatlar Komandanlığının (SOCCENT) tabeliyində fəaliyyət göstərəcək və regionda xüsusi əməliyyatların icrasına cavabdeh olacaq.
Məlumata görə, LUCAS dronları hələ döyüş şəraitində istifadə edilməyib; yalnız test məqsədli buraxılışlar həyata keçirilib. ABŞ ordusunun digər bölgələrində bu tip bölmələrin yaradılıb-yaradılmadığı barədə isə məlumat açıqlanmayıb.
Həm quru qoşunları, həm də Hərbi Hava Qüvvələrinin rəhbərliyi son aylarda bu tip kamikadze dronlarına artan ehtiyac olduğunu vurğulayır.
17:50 07.12.2025
Oxunuş sayı: 1600