İran Livana müdaxilə iddialarını rədd edib
İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmail Bəqai Tehranın Livana müdaxilə etdiyi ilə bağlı iddiaları əsassız adlandırıb. O bildirib ki, Livanla bağlı bütün qərarlar yalnız livanlıların özləri tərəfindən qəbul edilməlidir.
Crossmedia.az bu barədə Tassnim News-a istinadən xəbər verir.
Bəqai qeyd edib ki, İranın regiondakı sülh və təhlükəsizliklə bağlı fəaliyyəti müdaxilə kimi yox, məsuliyyət hissi kimi dəyərləndirilməlidir.
Sözçü həmçinin vurğulayıb ki, Hizbullah Livan cəmiyyətinin dərin köklü bir hissəsidir və təşkilat öz silahları barədə qərarları müstəqil şəkildə verir.
14:57 07.12.2025
Oxunuş sayı: 1312