İlon Mask Aİ-ni “Dördüncü Reyx” adlandırdı
Amerikalı iş adamı Elon Mask dekabrın 7-də Avropa İttifaqını “böyük dərəcədə Dördüncü Reyx” adlandırıb. X sosial şəbəkəsində istifadəçi nasist simvolları ilə Aİ bayrağını paylaşaraq “Dördüncü Reyx” şərhini yazıb və Mask buna “Böyük dərəcədə” cavabını verib.
Crossmedia.az bu barədə xarici KİV-ə istinadən xəbər verir.
Bundan bir gün əvvəl, dekabrın 6-da milyarder Aİ-nin ləğvini və suverenliyin üzv ölkələrə qaytarılmasını tələb edərək, Avropa bürokratiyasının ölkələri “boğduğunu” iddia etmişdi. Mask həmçinin ABŞ-ın Aİ-ni nədən qoruduğu barədə sual qaldırıb.
14:05 07.12.2025
Oxunuş sayı: 1571