Ermənistan hakimiyyəti katolikos II Qareginin toplantısına mane olmaq niyyətindədir
Katolikos II Qaregin tərəfindən 10–12 dekabrda çağırılan yepiskoplar toplantısının keçirilməsinə hakimiyyət mane olmağa çalışır.
Crossmedia.az xarici mətbuata istinadən xəbər verir ki, hüquq-mühafizə orqanlarının katolikosu Marseldən İrəvana gələrkən hava limanında saxlaması ehtimalı var. Hələlik, bu məqsədə nə qədər nail olunacağı məlum deyil.
Dekabrın 4-də açıqlamasında katolikos qeyd edib ki, toplantıda müzakirələrin əsas mövzuları Ermənistan kilsəsində son hadisələr və kilsədaxili həyatla bağlı məsələlər olacaq.
Pərvin Hacıyeva
16:28 06.12.2025
Oxunuş sayı: 910