Maduro Trampdan 200 milyon dollar və amnistiya istəyib
Venesuela lideri Nikolas Maduro 21 noyabrda ABŞ prezidenti Donald Trampla danışığı zamanı şəxsi aktivlərindən 200 milyon dolların ona saxlanılmasını, yaxın ətrafına amnistiya verilməsini və dost ölkədə sığınacaq təmin edilməsini xahiş edib.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir ki, tərəflər razılığa gələ bilməyib. Səbəb isə Maduronun təxminən yüz venesuelalı rəsmiyə amnistiya tələb etməsi və keçid hökumətinin formalaşdırılması məsələsində fikir ayrılıqları olub. Həmçinin Maduro üçün hansı ölkənin sığınacaq verə biləcəyi barədə də tərəflər arasında uzlaşma əldə edilməyib.
Nigar Yahyazadə
12:22 06.12.2025
Oxunuş sayı: 1452