Köçəryan: Paşinyanın bütün həyatının məqsədi intiqamdır
“Paşinyanın bütün həyatının məqsədi intiqamdır və bu, yaxşı yerə aparmır”.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir ki, bunu Ermənistanın ikinci prezidenti Robert Köçəryan tərəfdarları ilə görüşü zamanı deyib.
“Ermənistanda mənim insanları bağışlamayan adam olduğumu deyən insanlardan ibarət bir təbəqə var. Əgər sən intiqama köklənmisənsə, demək problemin var. Bu halda sən heç bir ictimai işlə məşğul olmamalı, gələcək barədə düşünməməli və yalnız keçmişdə sənə pislik etmiş və ya xəyanət etmiş insanlarla hesab çürütməyə fokuslanmalısan. Bu, xüsusilə ölkənin birinci dərəcəli şəxsi üçün yaxşı hal deyil”, - deyə sabiq erməni prezident qeyd edib.
11:38 06.12.2025
Oxunuş sayı: 1621