Türkiyədə fabrik yanır - SON DƏQİQƏ
Dekabrın 6-da səhər saatlarında İstanbulun Tuzla bölgəsində yerləşən, kauçuk və karton materialların saxlandığı fabrikdə yanğın baş verib.
Crossmedia.az bu barədə Milliyet qəzetinə istunadən xəbər verir.
Məlumata görə, hadisə Tepeören məhəlləsindəki kauçuk emalı müəssisəsində saat 07:30 radələrində qeydə alınıb.
Məlumata görə, səbəbi hələlik müəyyən edilməyən yanğın qısa müddətdə sürətlə yayılaraq bütün sahəni əhatə edib.
Dərhal edilən müraciətdən sonra əraziyə Tuzla və ətraf rayonlardan çoxsaylı yanğınsöndürən briqadalar cəlb olunub. Hazırda yanğının söndürülməsi istiqamətində intensiv işlər davam etdirilir.
Nəzrin Abbas
11:00 06.12.2025
Oxunuş sayı: 1414