Macarıstan Aİ-nin Ukrayna planına “yox” dedi
Macarıstan Avropa İttifaqının Ukraynaya maliyyə dəstəyi məqsədilə birgə euroobligasiya buraxılması planını bloklayıb.
Bu barədə Crossmedia.az "Politico"nun məlumatına istinadən xəbər verir.
Bu təşəbbüs Aİ-nin “ehtiyat variantı” kimi nəzərdən keçirilirdi və məqsəd, əgər dondurulmuş Rusiya aktivlərinin gəlirlərindən istifadə etmək mümkün olmazsa, 165 milyard avroluq kreditin maliyyələşdirilməsini təmin etmək idi.
Macarıstanın bu addımı Aİ-nin Ukrayna üçün uzunmüddətli və davamlı maliyyə mexanizmi yaratmaq səylərini çətinləşdirir.
Mehriban İbrahimli
10:53 06.12.2025
Oxunuş sayı: 1606