Leninqrad üzərində Ukrayna PUA-ları məhv edildi
Dekabrın 6-da səhər saatlarında Leninqrad vilayətinin Kirişi rayonu üzərində bir neçə Ukrayna pilotsuz uçan aparatı (PUA) məhv edilib.
Crossmedia.az xəbər verir ki, bu barədə vilayət qubernatoru Aleksandr Drozdenko Telegram kanalında məlumat verib.
Onun sözlərinə görə, regionda hava təhlükəsi rejimi davam edir və müdafiə sistemlərinin işləməsi səbəbindən mobil internet sürəti azala bilər.
Rusiya Müdafiə Nazirliyi qeyd edib ki, dekabrın 6-na keçən gecə Ukraynaya məxsus 116 PUA məhv edilib.
Nəzrin Abbas
10:30 06.12.2025
Oxunuş sayı: 1513