Kadırovdan Ukrayna Silahlı Qüvvələrinə sərt mesaj
Çeçenistan rəhbəri Ramzan Kadırov Qroznı şəhərinə hücumdan sonra Ukrayna Silahlı Qüvvələrinə sərt mesaj ünvanlayıb.
Crossmedia.az xəbər verir ki, o, bu mesajı özünün telegram kanalında paylaşıb.
Məlumata görə, Kadırov Ukrayna tərəfini döyüş meydanında üz-üzə gəlməyə çağırıb.
“Əgər həqiqətən döyüşmək istəyirsinizsə, bizimlə üz-üzə görüşə biləcəyiniz bir yer tapın. Özünüzü döyüşçü və kişi hesab edirsinizsə, bunu edin. Rus əsgərləri hər gün sizə hücum edir və cəbhənin ən qaynar nöqtələrində sizə təzyiq göstərirlər. Özünüzü döyüş meydanında göstərin”, – deyə Kadırov bildirib.
Nəzrin Abbas
09:45 06.12.2025
Oxunuş sayı: 1680