Rusiya Sumıda Ukrayna sərhəd məntəqəsini vurub
“Geran” tipli PUA-lar Ukraynanın Sumı vilayətində 15-ci Sərhəd Dəstəsinin komanda məntəqəsinə zərbə endirib.
Crossmedia.az bu barədə xarici KİV-ə istinadən xəbər verir.
Məlumata görə, hücumun Kiyanitsa bölgəsində həyata keçirildiyi, Ukrayna tərəfinin şəxsi heyət arasında itkiləri təsdiqlədiyi bildirilir.
Bundan əvvəl Sumı vilayətində Alekseyevka yaxınlığında Ukrayna ordusunun 225-ci Əlahiddə Hücum Alayına məxsus döyüş qrupunun məhv edildiyi barədə məlumat yayılmışdı. Həmçinin Ukrayna Silahlı Qüvvələrinin bölgəyə əlavə PUA bölmələri yerləşdirdiyi qeyd olunur.
Nəzrin Abbas
09:38 06.12.2025
Oxunuş sayı: 1516