Putin və Modi strateji əməkdaşlıq planlarını açıqlayıb
Rusiya Prezidenti Vladimir Putin və Hindistan Baş naziri Narendra Modi arasında aparılan görüşün nəticələrinə görə, Moskva və Yeni Dehli turist qrupları üçün 30 günlük vizasız rejimi tətbiq etməyə, ticarət dövriyyəsini 100 milyard dollara çatdırmağa və Avrasiya İqtisadi Birliyi ilə Hindistan arasında azad ticarət zonası yaratmağa çalışacaqlar.
Crossmedia.az xarici KİV-ə istinadən xəbər verir ki, Rusiya tərəfi “sürətlə böyüyən Hindistan iqtisadiyyatı üçün fasiləsiz yanacaq təchizatını təmin etməyə hazırdır” bəyan edib.
Həmçinin tərəflər enerji və ticarət sahələrində strateji əməkdaşlığın genişləndirilməsi planlarını müzakirə ediblər.
19:23 05.12.2025
Oxunuş sayı: 1225