Mark Rutte: Putinin hesablamalarını dəyişdirməyin yolu Ukraynaya dəstək və sanksiyalardır
NATO-nun baş katibi Mark Rutte bildirib ki, Ukrayna münaqişəsində Rusiya prezidenti Vladimir Putinin “hesablamalarını dəyişdirməyin” ən effektiv yolu Kiyevi dəstəkləmək və Moskvaya qarşı sanksiyaları artırmaqdır.
Crossmedia.az bu barədə xarici KİV-ə istinadən xəbər verir.
məlumata görə, Rutte, davam edən danışıqları alqışlayıb, lakin qeyd edib ki, proses uzanarsa, Rusiyaya iki yolla təzyiq göstərilməlidir: sürətli yardım axını ilə Ukraynaya dəstək və sanksiyaların effektiv tətbiqi.
NATO baş katibi vurğulayıb ki, ABŞ və Avropa birlikdə Rusiya iqtisadiyyatına maksimum təsir göstərmək üçün çalışır. Onun sözlərinə görə, bu strategiya Putinin hesablamalarını dəyişməyin ən yaxşı yoludur.
Nəzrin Abbas
13:20 03.12.2025
Oxunuş sayı: 681