Ərdoğan və Makron arasında telefon danışığı olub
Prezident Rəcəb Tayyib Ərdoğan qarşı tərəfin xahişi ilə Fransa Prezidenti Emmanuel Makronla telefon danışığı həyata keçirib.
Crossmedia.az bu barədə Anadolu Agentliyinə istinadən xəbər verir.
Məlumata görə, liderlər Türkiyə ilə Fransa arasındakı ikitərəfli münasibətləri, Ukrayna-Rusiya müharibəsini və regional, qlobal məsələləri müzakirə ediblər.
Danışıqlar zamanı Ərdoğan əməkdaşlığın inkişaf etdirilməsinin vacib olduğunu vurğulayıb və bu məqsədə doğru addımlar atmağa davam edəcəklərini bildirib. O, Türkiyənin Ukrayna-Rusiya münaqişəsinə ədalətli və davamlı sülhün təmin olunması üçün maksimum səylər göstərdiyini qeyd edib.
Nəzrin Abbas
12:38 03.12.2025
Oxunuş sayı: 761