Gürcüstan prezidenti: Elişaşvilinin addımları terrorla eynidir
Gürcüstan prezidenti Mixeil Kavelaşvili Gürcüstanın müxalif "Lelo - Güclü Gürcüstan" partiyasının nümayəndəsi Aleko Elisashvilinin son hadisələrini və BBC-nin yayımladığı məqaləni eyni müstəvidə qiymətləndirib.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir. Kavelashvilinin sözlərinə görə, həm Elisashvilinin addımları, həm də BBC-nin materialı “terror aktı kontekstində” nəzərdən keçirilməlidir:
“ Aleko Elişaşvili hərəkətləri və BBC məqaləsi eyni kontekstdə dəyərləndirilməlidir - bu, terror aktıdır. Lazar Qriqoriadisdən nə fərqi var? Xatırlayırsınız, Qriqoriadisi necə qəhrəman kimi təqdim edirdilər, halbuki o, hər kəsin gözü qarşısında Molotov kokteyli ilə polis əməkdaşını yandırmağa çalışmışdı. Məhz belə adamlar Gürcüstana qarşı terror aktını planlaşdıran qüvvələrin ehtiyac duyduğu şəxslərdir”, - deyə prezident bildirib.
Xatırladaq ki, 29 noyabr 2025-ci il tarixində müxalif siyasətçi Aleko ElişaşviliTbilisi şəhər məhkəməsinin kargüzarlıq binasını yandırmağa cəhd ittihamı ilə saxlanılıb. Prokurorluğun məlumatına görə, o, binaya qanunsuz daxil olub, şüşəni sındırmaq üçün çəkicdən istifadə edib, üzərində odlu silah və terror aktı üçün nəzərdə tutulan müxtəlif vasitələr daşıyıb.
İttihama əsasən, Elişaşvili binanın daxilindəki kargüzarlıq otağında sənədlər də daxil olmaqla müxtəlif əşyaları alışqan maye ilə isladaraq yanğın törətməyə cəhd göstərib.
Sevinc Yarməmmədova
11:11 03.12.2025
Oxunuş sayı: 683