Mingəçevirdə yol-nəqliyyat hadisəsi baş verib, xəsarət alan var
Mingəçevirdə piyadanın xəsarəti ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Crossmedia.az xəbər verir ki, hadisə şəhərin Heydər Əliyev prospektində qeydə alınıb. Belə ki, “Hyundai” markalı avtomobil piyada, 34 yaşlı Tükəz Həsənovanı vurub.
Sınıq xəsarətləri alan piyada Mingəçevir şəhər xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.(Trend)
22:41 25.11.2025
Oxunuş sayı: 1132