Azərbaycanın basketbol millisinin seçmə mərhələ oyunları üçün yekun heyəti açıqlanıb
Basketbol üzrə kişilərdən ibarət Azərbaycan millisinin 2029-cu ildə baş tutacaq Avropa çempionatının seçmə mərhələsinin iki oyunu üçün yekun heyəti açıqlanıb.
Bu barədə Crossmedia.az-a Azərbaycan Basketbol Federasiyasından məlumat verilib.
Baş məşqçi Tahir Baxşıyevin heyətdə Emmanuel Aqbason, Vesli Van Bek, Əkbər Məmmədov , Ulaş Turqut, Elşad Şirzadov, Amil Həmzəyev, Kamran Məmmədov, Ercan Donat, Derin Berkoz, Saadettin Donat, Endər Poladxanlı, Şirzad Şirzadova güvənib.
Qeyd edək ki, Azərbaycan yığması ilk olaraq noyabrın 27-də səfərdə Şimali Makedoniya, üç sonra isə Bakıda Lüksemburq ilə üz-üzə gələcək.
22:20 25.11.2025
Oxunuş sayı: 1101