Rusiya ABŞ-dən Ukrayna üzrə yeni sülh planı barədə məlumat almayıb
Rusiya XİN rəsmisi Marina Zaxarova bildirib ki, Qərb KİV-lərinin yazdığı Ukrayna üzrə yeni sülh planı barədə o məlumatlı deyil.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir ki, onun sözlərinə görə, Rusiya Xarici İşlər Nazirliyi belə səviyyədə sənədlərin hazırlanması ilə bağlı ABŞ Dövlət Departamentindən heç bir informasiya almayıb.
Zaxarova əlavə edib ki, əgər amerika tərəfi plan və təkliflər hazırlasa, bu barədə iki ölkənin xarici siyasət orqanları üçün müəyyən edilmiş əlaqə kanalları vasitəsilə məlumat verilərdi. Lakin Rusiya XİN Dövlət Departamentindən belə məlumat almayıb.
Nigar Yahyazadə
19:35 19.11.2025
Oxunuş sayı: 1350