Moldova Rusiya səfirini XİN-ə çağıracaq
19 noyabr gecəsi naməlum pilotsuz uçuş aparatı Moldovanın hava məkanını pozub.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir ki, hadisə ilə bağlı açıqlama verən xarici işlər naziri Mihay Popsoi bildirib ki, Kişinyov bu insidenti ölkənin suverenliyinə ciddi təhdid və regional təhlükəsizlik üçün təhlükə kimi qiymətləndirir.
Nazirin sözlərinə görə, Rusiya səfiri Xarici İşlər Nazirliyinə çağırılacaq, etiraz bildiriləcək və ölkənin suverenliyinə hörmət göstərilməsi tələb olunacaq.
Nigar Yahyazadə
19:23 19.11.2025
Oxunuş sayı: 1064