Belçika Türkiyə embarqosunu ləğv etdi
Belçika, 2019-cu ildə Türkiyənin Suriyanın şimalında həyata keçirdiyi “Barış Pınarı” adlı hərbi əməliyyatdan sonra tətbiq etdiyi Türkiyənin müdafiə sənayesinə yönəlik embarqonu rəsmi şəkildə ləğv edib.
Bu barədə Crossmedia.az xarici KİV-ə istinadən xəbər verir.
Embarqo Türkiyəyə bir sıra müdafiə təchizatlarının və hərbi məhsulların satışına məhdudiyyət qoyurdu. İndi isə Belçikanın embarqonu qaldırması iki ölkə arasında müdafiə sahəsində əməkdaşlığın normallaşdığını və siyasi münasibətlərdə yumşalmanın baş verdiyini göstərir.
Türkanə Məşədiyeva
18:46 19.11.2025
Oxunuş sayı: 981