Netanyahu Suriyanın cənubuna səfər edib
İsrailin baş naziri Benyamin Netanyahu bu gün Suriyanın cənubunu ziyarət edib.
Səfərdə müdafiə naziri, xarici işlər naziri, SAXAL Baş Qərargah rəisi, ŞABAK rəhbəri və milli təhlükəsizlik müşaviri də baş nazirə müşayiət edib.
Bu barədə Crossmedia.az Kan News-a istinadən xəbər verir.
Qeyd edək ki, 2024-cü ilin dekabrında Əsəd rejiminin devrilməsindən sonra İsrail 1974-cü il sazişi ilə müəyyən edilmiş bufer zonası da daxil olmaqla, Suriyanın bir sıra sərhəd ərazilərinə nəzarətini genişləndirib.

18:33 19.11.2025
Oxunuş sayı: 989