Emin Əmrullayev Sudan səfiri ilə görüşüb
Noyabrın 19-da elm və təhsil naziri Emin Əmrullayev Sudan Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Anas Eltayeb Elgailani Mustafa ilə görüşüb.
Bu barədə Crossmedia.az-a Elm və Təhsil Nazirliyindən məlumat verilib.
Bildirilib ki, görüş çərçivəsində Sudan Respublikası ilə elm və təhsil sahəsində əməkdaşlıq və inkişaf perspektivləri müzakirə edilib.
17:33 19.11.2025
Oxunuş sayı: 1532