Gürcüstan prezidenti Ermənistanla münasibətləri müzakirə edib
Gürcüstan prezidenti Mixail Kavelaşvili Ermənistan Respublikasının prezidenti Vaagn Xaçaturyanla görüşüb. Görüş zamanı tərəflər Gürcüstan və Ermənistan arasında mövcud ikitərəfli münasibətləri və müxtəlif sahələrdə əməkdaşlıq perspektivlərini müzakirə ediblər.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir ki, Mixail Kavelaşvili görüşdə xüsusi olaraq Azərbaycan və Ermənistan arasında paraflanan sülh sazişini alqışlayıb. O qeyd edib ki, Gürcüstan Cənubi Qafqazda sülh və sabitliyin təmin olunmasını daim dəstəkləyir və zərurət yarandıqca bu istiqamətdə öz töhfəsini verməyə hazırdır.
Görüş tərəflər arasında regional əməkdaşlığın gücləndirilməsi və Cənubi Qafqazda sabitliyin möhkəmləndirilməsi baxımından əhəmiyyətli hesab olunur.
Nigar Yahyazadə
17:34 19.11.2025
Oxunuş sayı: 1173