Deputat: Qarqarçayın üzərində kiçik su anbarı inşa edilsin
Ağdam rayonunun işğal altında olmamış 43 kəndinin əhalisinin xahişi nəzərə alınaraq yaxşı olardı ki, həmin ərazidəki Qarqarçayın üzərində kiçik su anbarı inşa edilsin.
Crossmedia.az xəbər verir ki, bunu deputat Bəxtiyar Əliyev Milli Məclisin bu gün keçirilən plenar iclasında "2026-cı il dövlət büdcəsi haqqında" qanun layihəsinin I oxunuşda müzakirəsində bildirib.
"Orada yağış və sel sularının toplanması sakinlərin əkin sahələrinin suvarılması ilə bağlı problemini aradan qaldırardı", - deyə o qeyd edib.
16:31 19.11.2025
Oxunuş sayı: 894