Növbəti köç karvanı Xocavəndin Sos kəndinə çatıb - YENİLƏNİB
Xocavənd rayonuna yola salınan növbəti köç karvanı Sos kəndinə çatıb.
Crossmedia.az xəbər verir ki, qəsəbəyə köçürülən ailələr ölkənin müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.
Qeyd edək ki, bu mərhələdə Sos kəndinə 20 ailə (80 nəfər) köçürülüb.
14:15
Xocavəndin Qırmızı Bazar ərazisi və Sos kəndinə növbəti köç karvanları yola salınıb.
Crossmedia.az xəbər verir ki, köç edənlər respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.
Bu mərhələdə Qırmızı Bazar qəsəbəsinə 21 ailə - 89 nəfər və Sos kəndinə 20 ailə - 80 nəfər köçürülür. (Report)
14:40 19.11.2025
Oxunuş sayı: 957