Ağdamın Xıdırlı kəndinə növbəti köç karvanı yola salınıb
Ağdam rayonunun Xıdırlı kəndinə növbəti köç karvanı yola salınıb.
Crossmedia.az-ın Qarabağ bürosu xəbər verir ki, bu mərhələdə kəndə 15 ailə (73 nəfər) köçürülür.
Kəndə köç edənlər ölkənin müxtəlif bölgələrində müvəqqəti məskunlaşmış ailələrdir.
Qeyd edək ki, bu köçlə Xıdırlı kəndinə qayıdan ailələrin sayı 555-ə (2195 nəfər) çatacaq.
12:00 19.11.2025
Oxunuş sayı: 1118