Əli Əsədov Beynəlxalq Su İdman Növləri Federasiyasının prezidenti ilə görüşüb
Azərbaycanın Baş naziri Əli Əsədov Beynəlxalq Su İdman Növləri Federasiyasının prezidenti Hüseyn Əl-Müsəlləmlə görüşüb.
Crossmedia.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti məlumat yayıb.
Görüşdə Azərbaycanda bədən tərbiyəsinin və idmanın inkişafının dövlət siyasətinin prioritet istiqamətlərindən biri olduğu vurğulanıb, idmançıların dövlət tərəfindən yüksək diqqət və qayğı ilə əhatə olunduğu bildirilib.
Qeyd edilib ki, Azərbaycanda ən müasir standartlara cavab verən idman infrastrukturu qurulub, o cümlədən ayrı-ayrı regionlarımızda çoxsaylı olimpiya-idman kompleksləri tikilib.
Azərbaycan bir çox mötəbər beynəlxalq idman tədbirlərinə, dünya çempionatlarına uğurla ev sahibliyi edib.
Söhbət zamanı Azərbaycanda su idman növlərinin inkişafı və kütləviləşməsi məqsədilə həyata keçirilən tədbirlər barədə söhbət açılıb, Beynəlxalq Su İdman Növləri Federasiyası ilə əməkdaşlıq məsələləri müzakirə olunub.
16:34 18.11.2025
Oxunuş sayı: 863