Azərbaycan NATO-nun "Xeyriyyə bazarı"nda iştirak edib
Azərbaycanın NATO yanında Nümayəndəliyi, o cümlədən Azərbaycan Silahlı Qüvvələrinin NATO-nun Hərbi Komitəsi yanında Hərbi Nümayəndəliyi NATO-nun mənzil-qərargahında təşkil olunan "Xeyriyyə bazarı"nda iştirak edib.
Crossmedia.az xəbər verir ki, 38 ölkənin qatıldığı tədbirdə Azərbaycanın milli məhsullarından ibarət stendi və milli mətbəxi nümayiş etdirilib.
Tədbiri NATO-nun Beynəlxalq Qərargahının və Beynəlxalq Hərbi Qərargahının yüksək vəzifəli şəxsləri, müttəfiq və tərəfdaş dövlətlərinin Alyans yanında səfirləri və hərbi nümayəndələri, o cümlədən digər qonaqlar ziyarət edib.
Azərbaycanın milli məhsullarından ibarət stendi və zəngin mətbəxi ziyarətçilər tərəfindən böyük maraqla qarşılanıb.(Report)
19:33 17.11.2025
Oxunuş sayı: 1264