Növbəti köç karvanı Zəngilanın Məmmədbəyli kəndinə çatıb, açarlar təqdim edilib - YENİLƏNİB
Zəngilan rayonunun Məmmədbəyli kəndinə yola salınan köç karvanı çatıb, sakinlərə mənzillərin açarları təqdim edilib.
Crossmedia.az xəbər verir ki, bu mərhələdə kəndə 30 ailə - 143 nəfər köçürülüb.
Qeyd edək ki, köç karvanı bu gün səhər yola salınıb.
12:38
Zəngilan rayonunun Məmmədbəyli kəndinə yola salınan köç karvanı çatıb.
Crossmedia.az xəbər verir ki, köç edənlər respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.
Bu mərhələdə kəndə 30 ailə - 143 nəfər köçürülüb.
13:12 15.11.2025
Oxunuş sayı: 1098