Masato Kanda: ADB Azərbaycanın regional hub kimi inkişafına dəstək verəcək
Asiya İnkişaf Bankı (ADB) Azərbaycanın Mərkəzi Asiya ilə Avropanı birləşdirən regional haba çevrilməsinə dəstək verməyə sadiqdir.
Crossmedia.az xəbər verir ki, bunu ADB prezidenti Masato Kanda Azərbaycana səfərinin yekunu üzrə bildirib.
"Biz (ADB – red.) hökumət və özəl sektorla (Azərbaycanın - red.) birlikdə intellektual mobillik infrastrukturu, bərpa olunan enerji mənbələri, rəqəmsallaşdırma və bacarıqların inkişafına əhəmiyyətli investisiyalar qoyuruq", - M.Kanda deyib.
Bankın məlumatında qeyd olunur ki, o, dünən Bakıda Azərbaycan Prezidenti İlham Əliyev, Baş nazir Əli Əsədov, maliyyə naziri Sahil Babayev, iqtisadiyyat naziri Mikayıl Cabbarov və rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyevlə məhsuldar görüşlər keçirib.
Bundan başqa, ADB-nin direktoru Bakı Metropoliteninin genişləndirilməsi layihəsi çərçivəsində "İçərişəhər" stansiyasını ziyarət edib.
"O, həmçinin müasir anbar kompleksinə (tikintisi ADB tərəfindən maliyyələşdirilib - red.) baxış keçirib və kiçik fermerlərlə görüşüb", - ADB-də vurğulayıblar.
12:10 15.11.2025
Oxunuş sayı: 1472