Azərbaycanın İtaliyadakı səfirliyi dörd gün konsulluq xidmətləri göstərməyəcək
İtaliyada dörd gün Azərbaycan səfirliyi tərəfindən konsulluq xidmətləri göstərilməyəcək. Bu barədə Azərbaycanın İtaliyadakı səfirliyinin "X" hesabında paylaşım edilib. Bildirilib ki, 8 noyabr - Zəfər Günü və 9 noyabr - Dövlət Bayrağı Günü ilə əlaqədar olaraq 8-11 noyabr tarixlərində Azərbaycanda ardıcıl 4 günün qeyri-iş günü olması səbəbindən bu müddət ərzində səfirlik tərəfindən konsulluq xidmətləri göstərilməyəcək.
"Bayram günlərində yaranacaq təcili məsələlər ilə əlaqədar [email protected] elektron poçt ünvanı vasitəsilə əlaqə saxlaya bilərsiniz", - paylaşımda bildirilib.
07:36 08.11.2025
Oxunuş sayı: 1384