Ukraynalı deputat: Pokrovskin 80 faizi Rusiya qüvvələrinin nəzarətinə keçib
Ukraynada cəbhə xəttində vəziyyət getdikcə gərginləşir. Donetsk vilayətində yerləşən strateji əhəmiyyətli Pokrovsk şəhərinin böyük hissəsinin Rusiya qüvvələrinin nəzarətinə keçdiyi bildirilir. Ukrayna parlamentinin üzvü Mariya Bezuhla bu itkiləri hərbi idarəetmədəki çatışmazlıqlarla əlaqələndirib.
Crossmedia.az Ukrayna mediasına istinadən xəbər verir.
O, sosial şəbəkədə paylaşımında qeyd edib ki, Bakhmut, Soledar və Avdeevkadan sonra Pokrovsk və Mirnohradın da itirilməsi riski yaranıb. Deputatın sözlərinə görə, prezidentin cəbhə bölgələrinə səfərlərinə baxmayaraq, Ukrayna ordusundakı sistemli idarəetmə problemləri həll olunmur və şəhərlər eyni ssenari ilə itirilir.
22:59 04.11.2025
Oxunuş sayı: 1425