Naxçıvanda Zəfər Günü münasibətilə ağacəkmə aksiyası keçirilib
Naxçıvan Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə Zəfər Günü münasibətilə ağacəkmə aksiyası keçirilib.
Crossmedia.az xəbər verir ki, əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və vətənin azadlığı, suverenliyi uğrunda canlarını fəda etmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Daha sonra Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı Cabbar Musayev çıxış edərək bildirib ki, qazanılan bu tarixi Zəfər Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, ordumuzun gücü, xalqımızın birliyi, eləcə də şəhid və qazilərimizin göstərdiyi böyük qəhrəmanlıq və əzmin nəticəsidir. İcra Hakimiyyətinin başçısı qeyd edib ki, aksiya həm tarixi zəfərə, həm də şəhidlərimizin ruhuna olan dərin ehtiramın rəmzidir.
Qeyd edək ki, Naxçıvan şəhər dairəvi yolunun 3-cü kilometrliyində yerləşən ərazidə keçirilən aksiya zamanı müxtəlif növ 350-dən artıq ting əkilib və ərazidə müasir damcılı suvarma sistemi qurulub.(Report)



21:58 04.11.2025
Oxunuş sayı: 1376