Gürcüstan parlamentinin sədri: Aİ səfirliyinin terrorçu ilə yazışması diplomatik fəaliyyət sayıla bilməz

Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili Avropa İttifaqı (Aİ) səfirliyinin terrorçu ilə yazışmasını “normal diplomatik praktika” adlandırmasını kəskin tənqid edib.
Crossmedia.az xəbər verir ki, bu barədə xarici KİV yazıb.
O, bu addımı “Gürcü xalqa hörmətsizlik” kimi qiymətləndirib.
Papuaşvilinin sözlərinə görə, səfirliyin bu davranışı diplomatiyanın adi fəaliyyəti ilə uzlaşmır:
“Səfirliyin terrorçuya məktub yazması sadəcə olaraq qəbuledilməzdir. Bu faktın özü qalmaqaldır, məktubun məzmunu isə daha da biabırçıdır,” – deyə o bildirib.
Parlament sədri qeyd edib ki, Aİ nümayəndələri etiraz aksiyalarında zorakılıq törətdiyinə görə məhkum edilmiş şəxslərin azad olunmasını tələb edirlər və bunu “dəstək deyil” kimi təqdim edirlər:
“Onlar zorakılığa görə cəza almış şəxslərin azad edilməsini istəyirlər, amma bizə deyirlər ki, bu, dəstək deyil. Kimə inanırlar, kimi aldadırlar?” – deyə Papuaşvili vurğulayıb.
Gürcü mətbuatının məlumatına görə, məsələ ölkədə böyük ictimai rezonans doğurub və hakimiyyət rəsmiləri Aİ nümayəndələrindən izahat tələb ediblər.
Xumar Emilqızı
13:50 23.10.2025
Oxunuş sayı: 1197