"Firqət əl-Quraba" qruplaşması arasında toqquşmalar davam edir

Suriyanın İdlib şəhərində Suriyanın hazırkı hökumət qüvvələri ilə fransızdilli döyüşçülərdən ibarət "Firqət əl-Quraba" qruplaşması arasında toqquşmalar davam edir.
Crossmedia.az xəbər verir ki, onlar İdlibin şimalında Türkiyə sərhədinə yaxın düşərgədə yaşayırlar və yaxın vaxtlara qədər təcrid olunmuş vəziyyətdə qalıblar. Prezident Əş-Şaraa tərəfindən idarə olunan qüvvələr onları tanklar və 57 mm-lik silahlarla atəşə tutmağa başlayıb. Onların Fransa tərəfindən dəstəkləndiyi iddia edilir.
Buna cavab olaraq, Özbəkistandan olan əcnəbi döyüşçülər “fransız” döyüşçülərinə yardım üçün səfərbərlik elan ediblər.
12:49 23.10.2025
Oxunuş sayı: 997